1ebb1d63-913d-4751-b37c-b6abedc59fd1..jpg

Üç ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldılar

Baxış sayı: 616 dəfə baxılıb.

Üç ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldılar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon
İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri
azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə
qərar qəbul edib.

Üç ay əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə nüfuz alverində təqsirləndirilən
zabitlər – Savalan Rəsulov 3 il 6 ay, Fərid İsmayılov 3 il müddətinə azadlıqdan
məhrum edilmişdi. İttihama görə, sözügedən zabitlər hərbi həkim komissiyasının
üzvlərinin qərar qəbul etmələrinə qanunsuz təsir edib, çağırışçıların xidmətdən
yayınmaları müqabilində ümumilikdə 67 min manat pul alıblar.

Müttəhimlər hökmlə razılaşmayıb, apellyasiya şikayəti veriblər. Şikayəti Həsən
Əhmədovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb. Yuxarı instansiya
məhkəməsinin hakimləri istintaq materialları ilə tanış olduqdan sonra
təqsirləndirilən şəxslərin həbsdə qalmasına zərurət olmadığı qənaətinə gəliblər.

Qərara əsasən, S.Rəsulov və F.İsmayılov 9 min manat cərimə cəzasına məhkum
edilib. Zabitlər hər ikisi məhkəmə zalında həbsdən azad ediliblər.

Source link