58122c99-c020-4adc-86b1-1960081ee116..jpg

Üç ay əvvəl uşağı olan Al Paçino gənc sevgilisindən ayrıldı

Baxış sayı: 646 dəfə baxılıb.

Üç ay əvvəl uşağı olan Al Paçino gənc sevgilisindən ayrıldı

Dünyaşöhrətli aktyor Al Paçino və sevgilisi Nur Alfallah övladları doğulduqdan
3 ay sonra ayrılıblar.

Aktyorun sözlərinə görə, Nur Alfallah üç aylıq oğlunun himayəçiliyini tam
olaraq öhdəsinə götürmək üçün Los-Ancelesdəki müvafiq orqanlara müraciət edib.

Nur Alfallah ərizəsində aktyora uşaqla görüş imkanı verməklə uşağa tam fiziki
himayə hüququ tələb edir. O, Al Paçinoya ortaq qanuni qəyyumluq verməyə
razılaşıb ki, bu da ona məktəb, müalicə və din kimi mühüm qərarlarda iştirak
etməyə imkan verəcək.

Məşhurun sevgilisi oğlu üçün Al Paçinodan aliment almaq niyyətindədir.
Alimentin məbləği isə hələ məlum deyil.

ABŞ-nin Kaliforniya ştatında məhkəmə alimentə dair qərar verməzdən əvvəl
uşağın valideynlərini və hər iki tərəfin gəlirlərini rəsmi şəkildə müəyyən
etməlidir. Bu halda Al Paçinonun ödəyəcəyi aylıq alimentin məbləği onun ildə nə
qədər pul qazandığından asılı olacaq.

Xatırladaq ki, iyunun 16-da 83 yaşlı Al Paçino və 29 yaşlı Nur Alfallahın oğlu
dünyaya gəlib. Bu Al Paçinonun dördüncü övladı, cütlüyün isə ilk övladıdır. Heç
vaxt evli olmayan aktyorun aktyorluq sənəti müəllimi olan Yana Terrantdan
Culiya Mariya adlı 33 yaşlı qızı və aktrisa Baverli D’Ancelodan Anton Ceyms və
Oliviya Rouz adlı 22 yaşlı əkiz övladları var.

Mənbə: Qazeta.ru

Source link