Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 2869,2 milyon manat vəsaitin 1456,2 milyon manatı və ya 50,8 faizi qeyri-neft sektoruna sərf edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artıb.
Ümumi sərmayənin 74,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
İstifadə olunan vəsaitin 75,8 faizi məhsul istehsalı obyektlərinin, 18,2 faizi xidmət sahələri üzrə obyektlərin, 6,0 faizi isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7 faizini təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 19,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,6 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil edib.