Üç ayda xaricə satılan meyvə-tərəvəzin dəyəri açıqlandı

Üç ayda xaricə satılan meyvə-tərəvəzin dəyəri açıqlandı

Baxış sayı: 1. 812 dəfə baxılıb.

2018-ci ilin I rübü ərzində meyvə-tərəvəzin ixracı 80,7 milyon dollar olub.

ÇıxışYolu.Com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, yanvar-mart aylarında tomatın (pomidor) ixracı 24 milyon, qabığı təmizlənmiş meşə fındığının ixracı 23,7 milyon, xurmanın ixracı 19,1 milyon dolları təşkil edib.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin mart ayında ən çox ixrac sifarişi şərab, yumurta, nar şirəsi, alma, fındıq ləpəsi, qənnadı məhsulları, pomidor, buğda kəpəyi, makaron, çay, zəfəran, pambıq yağı, tibbi tənzif, dekorativ güllər, konservləşdirilmiş ət  və başqa mallara daxil olub. 

.
www.ÇıxışYolu.Com