47dc343a-cbff-41d0-9fd3-c6b82737e57a..jpg

Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı həyatı – VİDEO

Baxış sayı: 525 dəfə baxılıb.

Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı
həyatı – VİDEO

Türk pop musiqisinin ən vacib adlarından biri Kayahan Açar 29 mart 1949-cu
ildə İzmirdə dünyaya gəlib. Uşaqlıq və yeniyetməlik dövrlərini Ankarada keçirən
Kayahan daha sonra İstanbula köçüb. Gənclik yaşlarından musiqi ilə məşğul olan
Kayahan ilk albomunu 1968-ci ildə çıxarıb.

Oxuduğu bütün mahnıları özü yazıb-bəstələyən ustad sənətçi ilk olaraq Sezen
Aksu, Zerrin Özer, Bilgen Bengü və yaxın dostu Nilüferə verdiyi mahnılarla
özünü tanıdır və ən çox axtarılan bəstəkarlardan birinə çevrilib.

1995-ci ildə Kayahanın qızı Beste Açarla ailə quran Tayfun Kərim Tekinin ifa
etdiyi “Kar beyazdır ölüm” mahnısına görə Kayahanla ciddi mübahisə etdiklərini
bildirib.

Pop ifaçısı “Kar beyazdır ölüm” mahnısını Nilüfer üçün yazdığını, lakin
1998-ci ildə dünyasını dəyişən Kərim Tekinə verəndə Kayahanın çox
əsəbiləşdiyini deyib:

“Rəhmətlik Kayahanla mübahisə etdim, itələdim. O da qəfildən 20 düym
uzunluğunda bıçaq tapdı və onu mənə tərəf çəkdi. Araya girdilər, vəziyyət
səngidi”.

Sənətçi 1990-cı ildə yumşaq toxuma xərçəngi ilə mübarizə aparıb, sağaldıqdan
sonra 2004-cü ildə yenidən xərçəng diaqnozu qoyulub. Yenə sağalıb, lakin
2014-də yenidən xərçəng aşkarlanan Kayahan Açar 2015-ci il aprelin 3-də ağciyər
xərçəngindən dünyasını dəyişib.

Ətraflı Baku TV-nin “Retro Baku” verilişində:


Source link