Üç il öncə: 16 kənd işğaldan azad edilmişdi – SİYAHI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün bir neçə kəndin Ermənistanın işğalından azad edilməsindən üç il ötür.
Cixisyolu.com xatırladır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə,
noyabrın 7-də Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Qubadlı, Xocalı və Xocavənd
istiqamətlərində uğurlar qazanıb.
Füzuli rayonu üzrə Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü
Mahmudlu, Qacar, Divanalılar kəndləri işğaldan azad olunub.
Cəbrayıl rayonunda isə Yuxarı Məzrə, Yanarxac kəndlərində işğala son qoyulub.
Həmin gün Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri, Zəngilanın isə
Beşdəli kəndi işğaldan azad edilib.
Noyabrın 7-də Azərbaycan Ordusu Xocalıdan iki kəndi – Qarabulaq və Baharlını
geri alıb.
Xocavəndə gəlincə, Ataqut və Hünərli kəndləri işğaldan təmizlənib.
Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.