71c34ce0-0167-4cdc-8b68-d9b7ca35b760..jpg

Üç il öncə: Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində azad edilən kəndlər – SİYAHI + FOTO

Baxış sayı: 439 dəfə baxılıb.

Üç il öncə: Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində azad edilən kəndlər –
SİYAHI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bir neçə kəndin 44 günlük Vətən müharibəsində işğaldan azad
edilməsindən üç il keçir.

Cixisyolu.com xatırladır ki, 2020-ci il noyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl,
Zəngilan və Qubadlı istiqamətlərində uğurlarını davam etdirib.

Həmin gün Cəbrayılın Mirək, Kavdar kəndləri işğaldan azad edilib.

Zəngilan istiqamətinə gəlincə, ordumuz rayonun Məşədiismayıllı, Şəfibəyli
kəndlərini işğalçılardan təmizləyib.

Eyni gündə Qubadlının üç kəndi – Başarat, Qarakişilər və Qaracallı kəndləri də
işğaldan azad edilib.

Bildirək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
“tweet” ataraq qələbə xəbərini xalqa çatdırıb.

Source link