Üç il öncə: Gəncə ikinci dəfə Ermənistan tərəfindən raket atəşinə tutulmuşdu –
VİDEO
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan
tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından üç il keçir.
Cixisyolu.com xatırladır ki, Ermənistan 2020-ci il oktyabrın 5-də Gəncəyə növbəti
dəfə raket atıb.
Hücum nəticəsində üç mülki şəxs yaralanıb.
Onu da xatırladaq ki, Ermənistan 2020-ci il oktyabrın 4-də səhər saat 10
radələrində Gəncəyə ilk dəfə raket atıb.
Raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları
ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs – Əliyev
Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə
yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Ermənistanın bu addımı müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən
ilk ciddi hücum idi.