b5832788-9a4e-46a6-aecf-3e291d275289..jpg

Üç il öncə: İşğaldan azad edilən ərazilər – SİYAHI + VİDEO

Baxış sayı: 561 dəfə baxılıb.

Üç il öncə: İşğaldan azad edilən ərazilər – SİYAHI + VİDEO

Oktyabrın 3-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini
işğaldan azad etməsinin üçüncü ildönümüdür.

Cixisyolu.com xatırladır ki, 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında
olan Suqovuşan kəndi işğaldan azad edilib.

Bildirək ki, həmin zamana qədər Suqovuşan Madagiz adlanırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ərazinin işğaldan
azad edildiyini elan edəndə bildirdi ki, oktyabrın 3-dən etibarən Madagizin
tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.

Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini –
Talışı da azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından
azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və
Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.


Source link