a9e726a5-80d5-4e6b-8058-47facda6225a..jpg

Üç il öncə: Zəngilan şəhəri, 22 kənd və bir qəsəbə işğaldan azad edilib – SİYAHI + FOTO/VİDEO

Baxış sayı: 356 dəfə baxılıb.

Üç il öncə: Zəngilan şəhəri, 22 kənd və bir qəsəbə işğaldan azad edilib –
SİYAHI + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsi dövründə, 20 oktyabr tarixində Azərbaycan Ordusu
Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan istiqamətlərində bir sıra əraziləri
işğaldan azad edib.

Cixisyolu.com xatırladır ki, üç il öncə Füzuli istiqamətində Dördçinar, Kürdlər,
Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
işğaldan təmizlənib.

Cəbrayıl rayonu üzrə isə aşağıdakı kəndlərdə Ermənistanın işğalına son
qoyulub: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,
Yarəhmədli.

Xocavənd rayonu üzrə: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.

Oktyabrın 20-də Zəngilan şəhəri, Zəngilan rayonunun Havalı, Məmmədbəyli,
Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Xatırladaq ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanıİlham Əliyev xalqa müraciətində elan edib.


Source link