49d8500a-b6dc-41f7-83b5-2a0e73247558..jpg

Üç ildə “Xaçmaz KOB evi”ndə sahibkarlara 90 mindən çox xidmət göstərilib

Baxış sayı: 768 dəfə baxılıb.

Üç ildə “Xaçmaz KOB evi”ndə sahibkarlara 90 mindən çox xidmət göstərilib

“Xaçmaz KOB evi”nin fəaliyyətə başlamasından 3 il ötür.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara 90
486 xidmət göstərilib.

Bunlardan 86 819-u dövlət-biznes (“G2B”), 3667-si isə biznes-biznes (“B2B”)
xidmətləridir.

Hazırda “Xaçmaz KOB evi”ndə sahibkarlara 10 dövlət qurumu tərəfindən 170-ə
yaxın “G2B”, 6 özəl şirkət tərəfindən 70-dək zəruri “B2B” xidmətlər göstərilir.
2022-ci il ərzində sahibkarlar “Xaçmaz KOB evi”nə daha çox malın mənşə ölkəsini
təsdiq edən sertifikat, vergi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Sahibkarlar biznes fəaliyyəti ilə bağlı lazım olan biznesin qeydiyyatı, vergi
məsələləri, sahibkarlıq fəaliyyəti üçün lisenziyalar, mənşə və qida
təhlükəsizliyi sertifikatları, əmlakın dövlət reyestrindən çıxarış, aqrar sahə
üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal
xidmətlər, bank və s. xidmətlər üçün “Xaçmaz KOB evi”nə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi
fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarlara biznes fəaliyyəti
üçün lazım olan xidmətlərin vahid məkanda göstərilməsi, bununla da vaxtına və
əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin
ölçüləbilən olmasıdır.

Source link