Bakıda iki nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki nəfərin batdığı ehtimal olunur.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bundan əlavə, Astara rayonunda 19 yaşlı oğlan da dənizdə boğulub. Rayonun Şəlivə kənd sakini, 19 yaşlı Tərlan Mirəli oğlu Şükürov qeyri-çimərlik ərazisində boğulub. Onun cəsədi vətəndaşlar tərəfindən suda çıxarılıb.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com