dba3264c-083f-4b7d-9690-9dc094615350..jpg

Üç ölkənin diplomatları Sumqayıtda avropalı əsirlərin dəfn edildiyi məzarlığı ziyarət ediblər – FOTO

Baxış sayı: 454 dəfə baxılıb.

Üç ölkənin diplomatları Sumqayıtda avropalı əsirlərin dəfn edildiyi məzarlığı
ziyarət ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya səfirinin müavini Marsel Vietor, Avstriyanın müvəqqəti işləri vəkili
Gerard Lutz, Macarıstanın hərbi attaşeləri Sari Szabols və Zsolt Lenard
Sumqayıtda alman, macar və avstriyaəsilli əsirlərin dəfn edildiyi məzarlıqda
olublar.

“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə diplomatla bərabər,
səfirliyin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak
ediblər.

Qeyd edək ki, Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan
əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2 986 məzar var. Onlardan biri də
Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 əsirdən 269-u alman,
6-sı macar, qalanları isə avstriyalıdır. Əsirlər Sumqayıt şəhərinin salınması
işində iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn
olunublar.

Hər il noyabr ayında Almaniya, Avstriya və Macarıstan səfirliklərinin
nümayəndələri buraya gələrək məzarlığı ziyarət edirlər.

Source link