1cb78469-5538-4d89-a064-179acba8584f..jpg

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib

Baxış sayı: 625 dəfə baxılıb.

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs
edilib

2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə
barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs
edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz
İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi
vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı
Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum
edilməklə 5 il 2 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel
Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl
aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları
gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya
uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət
aradan qaldırılmayıb.

Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən
otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş
verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu
Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu
2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar.
Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya
yerləşdiriliblər. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında
toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün
güclü partlayış olub.

Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd
Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər.
Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.

Source link