316c7c9f-daa5-46f9-8423-e2913f198b79..jpg

Üç uşaq atası özündən 10 yaş böyük qadını qaçırdı – MƏHKƏMƏ İŞİ

Baxış sayı: 2. 905 dəfə baxılıb.

Üç uşaq atası özündən 10 yaş böyük qadını qaçırdı – MƏHKƏMƏ İŞİ

Şəmkirdə 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev
barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının
yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin 14 dekabr tarixində Şəmkir rayonu
Qaracəmirli kəndində qeydə alınıb.

Belə ki, R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili
münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna –
ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə
zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü
Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin
2005-ci ildə boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.

Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən
xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib.
Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti
olmayıb. Buna baxmayaraq, 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin
həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət
edib və həmin hadisə prokurorluqda araşdırılıb.

Qadın deyib ki, qonşusu onu avtomobillə qaçırmaq istəyəndə yolda düşüb qaçıb.

R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zor
tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, R.Quliyev 8 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib.

Source link