Üç yaşlı Orxanın anası: “Yeganə övladımın yaşaması üçün yardıma ehtiyacımız
var” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Üç yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a onun anası Nuranə Hüseynova məlumat verib.
O bildirib ki, övladı hemofiliya (qanın laxtalanma xüsusiyyətinin pozulması
ilə xarakterizə olunan irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir.
“Orxanın üç yaşı var. Anadangəlmə hemofiliya xəstəliyindən əziyyət çəkir.
Xəstəliyini bildiyimiz gündən müalicələrini davam edirik. Həkimlər 14 yaşına
qədər davamlı müalicələr almalı olduğunu deyib. Müalicələr üçün aylıq 700-800
manata ehtiyacımız olur”.
Nuranə Hüseynova Orxanın onun yeganə övladı olduğunu deyib.
“Biz Bakıda kirayə yaşayırıq. Orxan mənim yeganə övladımdır. Evdə yalnız
yoldaşım işləyir, inanın onun gəliri ilə günlük xərclərimizi güclə qarşılaya
bilirik. Mən övladıma görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən övladımı bu
yolda tək qoymamağı xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 679-53-85
Yardım üçün kart nömrəsi: 4169 7388 8626 3296