Üç yaşlı Vahidin dəstəyinizə ehtiyacı var – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Üç yaşlı Vahid Nicat oğlu Hacıyev fenilketonuriya (ağır irsi xəstəlik olub,
əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət
çəkir.
Bu barədə Cixisyolu.com-a onun atası Nicat Hacıyev məlumat verib.
O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.
“Vahidin xəstəliyini üç aylıq olanda bildik. O dövrdən müalicələrə başladıq.
İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. Yardımsevər
şəxslərin sayəsində fevral ayında Vahidin müalicəsi üçün Türkiyəyə yollandıq.
Orada aldığı 40 günlük müalicənin müsbət təsirləri oldu”
Nicat Hacıyev bildirib ki, övladının müalicəsi üçün yenidən yardımsevər
şəxslərin dəstəyinə ehtiyacları var.
“Vahid uzun müddət müalicə və müayinə olunmalıdır. Hazırda onun ilk kurs
müalicəsi üçün bizim 3 000 manata ehtiyacımız var. İnanın, dərmanlar o qədər
bahadır ki, bizim onları almağa imkanımız çatmır. Evdə tək mən işləyirəm, heç
bir halda bu qədər məbləği toplayıb övladımı müalicə edə bilmirəm. Yardımsevər
şəxslərdən Vahidə bir daha yardım etmələrini, onu bu yolda tək buraxmamalarını
xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 313 24 11
Kart nömrəsi: 4169 7387 9207 8812.