“Uçan baqaj” qəzaya səbəb oldu: “Prado” aşdı, “Opel” çevrildi  - VİDEO

“Uçan baqaj” qəzaya səbəb oldu: “Prado” aşdı, “Opel” çevrildi – VİDEO

Baxış sayı: 4. 057 dəfə baxılıb.

“Uçan baqaj” qəzaya səbəb oldu: “Prado” aşdı, “Opel” çevrildi  - VİDEO

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb.

Avtosfer.az xəbər verir ki, görüntülərdə yükdaşıma qaydalarını pozan “VAZ-2107” markalı avtomobilin üzərində standartlara uyğun olmayan “baqaj” olduğu əks olunub.

Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə düzəldilmiş “baqaj” yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir.

“Prado”nun sürücüsü avtomobili mümkün qəzadan yayındırmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaş-baş qalır.

“Opel”in sürücüsü idarəetməni itirərək “Prado”ya çırpılır. Nəticədə, “Prado” aşaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək, dəmir arakəsmələrə dəyib dayanır.

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan “VAZ-2107”nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir.