Uçan taksinin prototipi nümayiş olundu – VİDEO

Uçan taksinin prototipi nümayiş olundu – VİDEO

Baxış sayı: 2. 294 dəfə baxılıb.

“Uber” şirkəti uçan taksilərin hazırlanması ilə bağlı NASA ilə ikinci müqaviləni bağlayıb.

ÇıxışYolu.Com “The Verge” nəşrinə istinadən xəbər verir ki, yeni nəqliyyat vasitəsi bir növ təyyarə ilə helikopterin hibridi olacaq.

Müqavilənin bağlanması haqqında xəbər “Uber Elevate Summit” konfransında elan olunub.

Uçan taksinin ilk sınaqları Los-Anceles və Dallas şəhərlərində həyata keçiriləcək.

Prototipin eniş zamanı yığıla bilən dörd üfüqi pəri var. Uçan taksinin önə hərəkətini təmin edən beşinci rotor isə quyruq hissədə yerləşir.

Gələcəyin taksisi elektrik enerjisi ilə işləyəcək  və 300-400 metr yüksəklikdə sərnişinlərin daşınmasına imkan verəcək.

Yeni nəqliyyat vasitəsinin 30 dəqiqəlik yolu 5 dəqiqəyə qədər ixtisar edəcəyi proqnozlaşdırılır.

.
www.ÇıxışYolu.Com