Uçan “Terminatorlar” raketlərdən yayına biləcək

Uçan “Terminatorlar” raketlərdən yayına biləcək

Baxış sayı: 2. 165 dəfə baxılıb.

Bütün “Mi-8AMTŞ-V” (“Terminator”) helikopterləri raket komplekslərinin hücumlarından qorunma sistemi ilə təchiz olunacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İnterfaks” Rusiyanın aviasiya sahəsində çalışan mənbəyə istinadən məlumat yayıb.

“2018-ci ilin payız aylarında bütün “Mi-8AMTŞ-V” helikopter parkının  “Vitebsk” göyərtənin müdafiə kompleksi ilə təchizatı üzrə işlərin başa çatdırılması planlaşdırılır”, – deyə mənbə bildirib.

“Vitebsk” sistemi başlıca olaraq helikopterlərin infraqlırmızı tuşlama sistemi olan raket komplekslərindən mühafizəsi üçün nəzərdə tutulub.  Sistem bir neçə kilometr radiusunda düşmən raketinin buraxılışını müəyyən edir və raketi hədəfdən yayındırır.

.
www.ÇıxışYolu.Com