64c4fc55-1545-49a6-bf84-7054c43175c1..jpg

Ucar sakini qəzadan üç gün sonra ölüb

Baxış sayı: 424 dəfə baxılıb.

Ucar sakini qəzadan üç gün sonra ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayon sakini qəzadan üç gün sonra ölüb.

APA-nın xəbərinə görə, Ucar-Zərdab avtomobil yolunda qəzaya düşən Ucar sakini,
1956-cı il təvəllüdlü Solmaz Xudayeva müalicə olunduğu Göyçay Mərkəzi Rayon
Xəstəxanasında ölüb.

Qeyd edək ki, üç gün öncə Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən
keçən hissəsində Rəşad Lətofovun İdarə etdiyi “Mercedes-Benz” və Cəlal
Cəfərovun idarə etdiyi “Toyota Corolla” markalı minik avtomobilləri Sərvan
Ağayevin əsas yola çıxmaq məqsədi ilə kənd yolunda saxladığı “ Mercedes-Benz”
markalı minik avtomobilinə çırpılıb.

Nəticədə 10 nəfər xəsarət alıb. Onlardan dörd nəfər Zərdab, altı nəfər isə
Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Ağır xəsarət alan Solmaz Xudayeva Ucar Mərkəzi Rayon Xəstəxanasında zəruri
tibbi yardımlar göstərildikdən sonra müalicəsini davam etdirmək məqsədi ilə
Göyçay xəstəxanasına göndərilmişdi.

Source link