Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumata görə, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində iki nəfər ölüb.
Fakta görə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
İlhamə Əbülfət