87d34dc2-8155-44ea-b6f8-1f79b2414ab2..jpg

Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 685 dəfə baxılıb.

Ucarda avtomobil su arxına aşıb: Yeddi nəfər xəsarət alıb – YENİLƏNİB + FOTO

Ucarda baş verən avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, “Mercedes”də olan 4 nəfər Kəlbəcər
rayon sakinləri 1964-cü il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cu il
təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah
qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarovadır.
“Hyundai”da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım isə müxtəlif
xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

18:16

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında
Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə
alınıb.

“Mercedes” və “Hyundai” markalı minik maşınlarının toqquşması nəticəsində
“Hyundai” yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər
alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Source link