26238937-44ce-4d7a-b3a5-18197034fac6..jpg

Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Baxış sayı: 404 dəfə baxılıb.

Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən
keçən hissəsində iki ağırtonajlı yük avtomobilinin toqquşduğu ərazidə daha bir
yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük
avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus
mikroavtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanlar olub. Zərərçəkənlər
Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün saat 20:30 radələrində Bakı-Qazax magistralının Ucar
rayonun Küçəkənd kəndindən keçən hissəsində Gəncə istiqamətində hərəkətdə olan
2 yük maşınının toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1956-cı il təvəllüdlü
Şahin İlyas Şevket müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına
yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, bütün tibbi müdaxilələrə baxmayaraq
zərərçəkənin vəziyyəti ağır olaraq qalır.

Source link