Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com bildirir ki, hadisə Bakı-Qazax yolunun 212 km-də Ucarın Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Qazax rayon sakini 54 yaşlı Əsgərov Ədalət Vahid oğlu Bakı istiqamətində hərəkətdə olarkən avtomobilində nasazlıq yaranıb. Sürücü idarəetməni itirərək avtomobili bir neçə dəfə aşırıb. Nəticədə sürücü və sərnişin – sürücünün bacısı 52 yaşlı Əsgərova Yeganə Vahid qızı müxtəlif növ yüngül bədən xəsarətləri alıblar.
Hadisə yerinə Kürdəmir RMX –nın təcili tibbi yardım şöbəsinin avtomobili gələrək xəsarət alanlara yardım göstərib.Faktla bağlı araşdırma aparılır.