2b508629-205a-49ef-ae66-9bc5d02b5994..jpg

Ucarda qadının evinə maskalı şəxslər basqın ediblər

Baxış sayı: 715 dəfə baxılıb.

Ucarda qadının evinə maskalı şəxslər basqın ediblər

Ucarda evə basqın olub.

APA xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-yə ərizə ilə müraciət
edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini,
üzlərində qara rəngli maska olan iki nəfər şəxsin onun əl-qolunu yapışqan
lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7 000 manat
nağd pulu götürərək uzaqlaşdıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir
oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

Source link