3cf2d8c0-4037-4dc9-8e9e-3b3a8a953de9.jpg

Ucarda yaşayış evində meyit tapılıb

Baxış sayı: 114 dəfə baxılıb.

Ucarda yaşayış evində meyit tapılıb.

APA-nın xəbərinə görə, rayonun Dədə Qorqud küçəsində təxminən 55-60 yaşlarında
kişi meyiti tapılıb.

Qonşuların sözlərinə görə, meyiti tapılan Nazim adlı şəxsə zəng çatmadığı üçün
müvafiq orqanlara məlumat verilib.

Evə baxış keçirilərkən şəxsin meyiti aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.

Mərhumun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Source link