“Üçü birində” qəhvədən qəhvə çıxmadı

“Üçü birində” qəhvədən qəhvə çıxmadı

Baxış sayı: 3. 092 dəfə baxılıb.

 “Roskontrol” Rusiyada “üçü birində” adı altında satılan qəhvənin yeddi brendini araşdırıb və belə bir nəticəyə gəlib ki, belə bağlamalarda demək olar qəhvədən əsər-əlamət yoxdur.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat dərc olunub.

Mütəxəssislər “BonKafer Classic”, “Petrovskaya Sloboda”, “Jacobs Express coffee mix plüş+”, “MacCoffee”, “Nescafe Classic” və “Clever” ticarət nişanı ilə çıxan qəvhələri araşdırıb.

Bağlamalarda olan əsas inqrediyent şəkər çıxıb.  Şəkərin qatqıdakı miqdarı 42-72 faiz arasında dəyişib, qəhvənin miqdarı isə ən çoxu 15 faiz təşkil edib.

Bundan başqa belə qəhvə bağlamalarında ümumiyyətlə süd və ya qaymaq aşkarlanmayıb.  Bütün nümunələrdə tələblərə cavab verməyən əvəzləyicilərdən istifadə olunub. Yalnız bir istehsalçı məhsulunun tərkibində təbii quru südün olduğunu bəyan edib, ancaq müayinə nəticələri əsl süddən əsər-əlamət olmadığını göstərib.

.
www.ÇıxışYolu.Com