dd2c885a-078f-47c0-bda8-91bbacaae212..jpg

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”

Baxış sayı: 513 dəfə baxılıb.

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan
hərbçilərinə həsr edirəm”

Karyerasında üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli uğuru barədə
danışıb.

Cixisyolu.com xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda fəxri kürsünün ən yüksək
pilləsinə qalxan və titulunu qoruyan yunan-Roma güləşçimiz Azərbaycan Güləş
Federasiyasının saytına açıqlamasında qələbəsini hərbçilərimizə həsr etdiyini
söyləyib:

“Bütün Azərbaycan idman ictimaiyyəti bilirdi ki, mən üçüncü dəfə dünya
çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində
yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhəddin Allahverdiyev
80-ci illərdə SSRİ adından üç dəfə dünya çempionu olmuşdu. Bu il çox işlədik,
əziyyət çəkdik. Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya
çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz
burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik
yaradırdı. Sümüyüm sınmışdı. Tam bərpa olunmasam da, yenə də bacardıq. Rəbbim
bu qələbəni mənə nəsib etdi. İnşallah, 4-cü dəfə dünya çempionu olmağa
çalışacağam”.

Source link