149c2299-7429-44f3-8234-c9afa4c365d5.webp

UEFA əmsallar cədvəli: “Qarabağ” uduzub, Azərbaycan mövqeyini qoruyub

Baxış sayı: 219 dəfə baxılıb.

Avropa futbolunun növbəti günündən sonra UEFA əmsallar cədvəli dərc olunub.

Cixisyolu.com xəbər verir ki, Avropa və Konfrans liqalarında baş tutan matçlar
cədvəldə ciddi dəyişikliklərə səbəb olub.

Yunanıstan, Danimarka, Şotlandiya, Bosniya və Herseqovina, Macarıstan,
İslandiya və Uels kimi ölkələr cədvəldə irəliləyişə nail olub. İsveçrə, İsrail,
İsveç, Slovakiya, Latviya, Farer adaları, Qazaxıstan və Gürcüstan isə geriləyib.

“Qarabağ” “Ayaks”a 0:3 hesabı ilə uduzsa da, ölkəmizin mövqeyi cədvəldə
dəyişməz qalıb – 19.125 xalla 28-ci pillədə qərarlaşıb. Cədvəldə bizdən öndə
olan Bolqarıstan da eyni xal ehtiyatına sahibdir, bizdən geridə olan Rusiya isə
bu il Avrokuboklarda heç bir klubla təmsil olunmayıb.

Aydındır ki, cari mövsümün qazancı da dəyişməyib və 2.375 xal qalıb. Ölkə
reytinqi üçün “Zirə” 1.250 xal, “Qarabağ” 0.750 xal, “Sabah” 0.250 xal və
“Sumqayıt” 0.125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94.303 xal.

Source link