UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti “Arsenal” klubunun Bakıda keçiriləcək Avropa Liqasının final oyununa dair bəyanatına cavab verib.
Mayın 29-da Azərbaycan paytaxtında “Çelsi” klubu ilə görüş keçirəcək “Arsenal” komandası azarkeşlərə yalnız 6 min bilet ayrılmasından və Bakıya gəlməyin çətin olacağından narahatdırlar.
“Final oyunularının keçirilməsi üçün Bakı şəhəri seçilərkən Londonun iki komandasının finala qalacağını gözləmirdik. Şübhəsiz ki, bu azarkeşlər üçün müəyyən logistika çətinlikləri yaradıb. UEFA hər iki komandanın azarkeşlərinin Bakıya səfərlə bağlı qarşılaşdığı problemlərə görə təəssüflənir. Bizim mütəxəssislərimiz aktiv şəkildə işləyirlər və fanatlar üçün daha uyğun həll yolları tapmağa çalışırlar. Bu məsələdə sizin klubla birgə səyləri qiymətləndirərdik”.
Həmçinin UEFA rəsmisinin məktubunda azarkleşlərə hansı səbəbə 6 min bilet ayrılması məsələsinə aydınlıq gətirilib.
“Biz kvotanı müəyyənləşdirərkən arenanın tutumuna deyil, hər iki komandanın səfər oyunları zamanı onları müşayiət etmiş azarkeşlərinin sayına əsaslandıq. Kvotanı proporsional şəkildə müəyyənləşdirmək düzgün olmazdı”.