UEFA bu həftə Çempionlar Liqası və Avropa Liqasının bütün matçlarının bir dəqiqəlik sükutla başlanmasına qərar verib.
ÇıxışYolu.Com xəbər verir ki, “Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə əlaqədar qurum bu addımı atıb.
Qeyd edək ki, Davide Astori komandanın Udine şəhərində məskunlaşdığı hoteldə martın 4-ü səhər saatlarında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb.
S.T.
www.ÇıxışYolu.Com