Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsinin ikinci turuna yekun vurulub.
Cixisyolu.com xəbər verir ki, iki turdan sonra aktivində hərəyə altı xal olan
“Latsio”, “Lion”, “Tottenhem”, FCSB, “Anderlext” və “Ayaks” 1-6-cı yerləri
bölüşürlər. “Frankfurt”, “Qalatasaray”, “Midtyulland”, “Slavia Praqa”, “Atletik
Bilbao”, “Hoffenhaym”, “Fənərbağça” və “Bodo Qlimt” hərəyə dörd xalla 7-14-cü
pillələrdə qərarlaşıblar.
Üç xala malik “Olimpiakos”, “Elfsborq”, “Reyncers”, “AZ Alkmar”, “Malmö” və
“Braqa” isə 15-20-ci sıradadırlar. Aktivində iki xalı olan “Mançester
Yunayted”, “Viktoria Plzen” və “Tvente” isə 21-23-cü yerləri bölüşürlər.
“Porto”, “Real Soseydad”, “Yuinon”, “Roma”, “Ludoqorets”, RDŞ, “Nitsa”
24-30-cu yerlərdə bir xalla qərarlaşıblar. 31-36-cı yerləri bölüşən
“Ferentsvaroş”, “Makkabi Təl Əviv”, PAOK, “Qarabağ”, “Dinamo Kiyev” və
“Beşiktaş” isə hələ xal hesablarını aça bilməyiblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının III turuna oktyabrın 23-də start
veriləcək. Tura oktyabrın 24-də yekun vurulacaq.