2e2cc2c5-c55d-4f6b-95a2-b1ff9b9c39a6..jpg

UEFA Avropa Liqası: “Qarabağ” bu gün doğma meydanda növbəti matçına çıxacaq – AFİŞA

Baxış sayı: 469 dəfə baxılıb.

UEFA Avropa Liqası: “Qarabağ” bu gün doğma meydanda növbəti matçına çıxacaq –
AFİŞA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV görüşünü keçirəcək.

Cixisyolu.com xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu doğma azarkeşləri
önündə Leverkuzen “Bayer”ini qəbul edəcək. Almaniya təmsilçisi qrupda liderdir
və bütün matçları qələbə ilə başa vurub. Ağdam kollektivi avrokuboklarda son
matçını məhz bu komandaya qarşı keçirib və səfərdə 1:5 hesabı ilə məğlub olub.

“Bayer” cari mövsüm Bundesliqada da 10 matça topladığı 28 xalla ilk pillədə
qərarlaşıb. Kollektiv yoluna məğlubiyyətsiz davam edir. “Köhlən atlar” isə
Azərbaycan Premyer Liqasında 12 turdan sonra 23 xal toplayıb və 2-ci yerdədir.

Qeyd edək ki, bu görüşdən əlavə bu gün UEFA Avropa Liqasının qrup mərhələsi
çərçivəsində daha 15 qarşılaşma keçiriləcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

IV tur

A qrupu

00:00. “Frayburq” (Almaniya) – “Baçka Topola” (Serbiya)
00:00. “Vest Hem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
Xal durumu: “Vest Hem” – 6, “Frayburq” – 6, “Olimpiakos” – 4, “Baçka Topola”
– 1

B qrupu

21:45. “Ayaks” (Niderland) – “Brayton” (İngiltərə)
00:00. AEK (Yunanıstan) – “Marsel” (Fransa)
Xal durumu: “Marsel” – 5, AEK – 4, “Brayton” – 4, “Ayaks” – 2

C qrupu

00:00. “Real Betis” (İspaniya) – “Aris Limassol” (Kipr)
00:00. “Reyncers” (Şotlandiya) – “Sparta Praqa” (Çexiya)
Xal durumu: “Real Betis” – 6, “Sparta Praqa” – 4, “Reyncers” – 4, “Aris
Limassol” – 3

D qrupu

00:00. “Atlanta” (İtaliya) – “Ştrum Qraz” (Avstriya)
00:00. “Sportinq” (Portuqaliya) – “Rakuv” (Polşa)
Xal durumu: “Atlanta” – 7, “Sportinq” – 4, “Ştrum Qraz” – 4, “Rakuv” – 1

E qrupu

21:45. LASK (Avstriya) – “Union” (Belçika)
21:45. “Tuluza” (Fransa) – “Liverpul” (İngitərə)
Xal durumu: “Liverpul” – 9, “Union” – 4, “Tuluza” – 4, LASK – 0

F qrupu

21:45. “Renn” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
21:45. “Makkabi Hayfa” (İsrail) – “Vilyarreal” (İspaniya)
Xal durumu: “Renn” – 6, “Panatinaikos” – 4, “Vilyarreal” – 3, “Makkabi Hayfa”
– 1

G qrupu

21:45. “Servett” (İsveçrə) – “Şerif” (Moldova)
21:45. “Slavia Praqa” (Çexiya) – “Roma” (İtaliya)
Xal durumu: “Roma” – 9, “Slavia Praqa” – 6, “Servett” – 1, “Şerif” – 1

H qrupu

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya)
00:00. “Hakken” (İsveç) – “Molde” (Norveç)
Xal durumu: “Bayer” – 9, “Qarabağ” – 6, “Molde” – 3, “Hakken” – 0

Source link