UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda
keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının start heyətləri bəlli olub.
Cixisyolu.com xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao,
Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin
Benzia, Abdullah Zubir, Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.
“Malmö”: Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson,
Kristiansen, Botheim, Kiese Thelin, Berq
Baş məşqçi: Henrik Ridström
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun
saat 20:45-də start götürəcək.
09:00
Təmsilçimiz “Qarabağ” bu gün UEFA Avropa Liqasının II turunda İsveçin “Malmö”
klubunu qəbul edəcək.
Cixisyolu.com xəbər verir ki, doğma divarlar arasında ilk oyununu keçirəcək “Qarabağ”
“Malmö” ilə matçda azarkeşlərin etimadını doğrultmağa çalışacaq.
Görüşdə Anastasios Papapetrunun başçılıq etdiyi yunanıstanlı hakimlər
briqadası ədaləti qoruyacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Tottenhem”lə görüşdə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz
hazırda Liqa mərhələsinin 35-ci pilləsində qərarlaşıb. İsveç təmsilçisi “Malmö”
isə 30-cu sıradadır.
“Qarabağ” – “Malmö” matçının canlı yayımını Cixisyolu.com saytında izləyə bilərsiniz.
heyətləri açıqlanıb
UEFA Avropa Liqası: “Qarabağ” və “Malmö”nün start heyətləri açıqlanıb