UEFA Azərbaycan Futzal Federasiyasının prezidentini cəzalandırıb

Baxış sayı: 2. 119 dəfə baxılıb.

UEFA Azərbaycan Futzal Federasiyasının prezidentini cəzalandırıb

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü və “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov bu gün 45 yaşını qeyd edir.

ÇıxışYolu.Com xəbər verir ki, o, rəhbərlik etdiyi federasiyanın mətbuat xidmətinə müsahibə verərkən bu ilin əvvəlində Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında Portuqaliya ilə keçirilən görüşdəki insidenti xatırladıb.

O bildirib ki, UEFA onu buna görə cəzalandırıb:

“Yəqin, fevraldakı hadisəni xatırlayırsınız, Rikardinyo ilə aramda xoşagəlməz münaqişə yaşandı. Yadıma düşəndə utanıram. Əslində, mən hadisə yerinə Rikardinyo ilə futzalçımızı ayırmaq üçün yaxınlaşdım.

Həmin anda o, yığma üzvümüzün ünvanına nalayiq ifadə işlətdi, dözə bilmədim. Amma istənilən halda, səbrimi cilovlamalı, ona qarşı elə davranmamalı idim. Bildiyimə görə, UEFA məni üç oyunluq cəzalandırıb”.

Qeyd edək ki, bu sanksiyaya görə, o, millimizin üç oyununda texniki zonada yer ala bilməz.

S.M.
www.ÇıxışYolu.Com