4ada9d9c-2b52-42a0-b3c9-2357396a2845.jpg

UEFA Çempionlar Liqası: “Arsenal” PSJ üzərində qələbə qazandı

Baxış sayı: 35 dəfə baxılıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Arsenal” və PSJ matçı
başa çatıb.

Cixisyolu.com xəbər verir ki, görüş “Emirates Stadium”da keçirilib.

Qarşılaşma “Arsenal”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Arsenal”a qələbəni qazandıran qolları 20-ci dəqiqədə Kai Havertz və 35-ci
dəqiqədə Bukayo Saka vurublar.

UEFA Çempionlar Liqası: “Arsenal” PSJ üzərində qələbə
qazandı
UEFA Çempionlar Liqası: “Arsenal” PSJ üzərində qələbə qazandı

01 oktyabr, 23:01

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Arsenal” və PSJ matçı
başlayıb.

Cixisyolu.com xəbər verir ki, görüş “Emirates Stadium”da keçirilir.

Komandalar meydana aşağıdakı “11-lik”lə çıxıblar:

“Arsenal”: David Raya, Jurrien Timber, Vilyam Saliba, Gabriel Magalhaes,
Rikkardo Kalafiori, Deklan Rays, Tomas Partey, Bukayo Saka, Kai Havertz,
Qabriel Martinelli, Leandro Trossard.

PSJ: Canluici Donnarumma, Achraf Hakimi, Markinyos, Villian Paço, Nuno Mendes,
Uorren Zaire-Emeri, Vitinha, Joao Neves, Desire Doue, Li Kang-in, Bredli
Barkola.

17:36

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Arsenal” klubu
PSJ ilə qarşılaşacaq.

Cixisyolu.com xəbər verir ki, “Emirates Stadium”da keçirilən görüşü Slovka Vinçiçin
başçılıq etdiyi sloveniyalı hakimlər briqadası idarə edəcək.

Komandalar görüşə itkilərlə çıxacaq. Meydan sahiblərindən Odeqard, Tierni,
Tomiyasu, Zinçenko, Merino və Ben Uayt zədə üzündən qarşılaşmanı buraxmalı
olacaqlar. Qonaqlardan isə Dembele, Hernandes, Kimpembe və Ramoş komandasına
kömək edə bilməyəcəklər.

Qeyd edək ki, komandalar beynəlxalq turnirlərdə indiyədək ümumilikdə dörd dəfə
üz-üzə gəliblər. Bunlardan ikisi “Arsenal”ın qələbəsi ilə başa çatıb. İki dəfə
isə heç-heçə qeydə alınıb.

Yayımın başlama vaxtı Bakı vaxtı ilə saat 23:00-dır.

Arsenal – PSJ matçının canlı yayımını Cixisyolu.com saytında izləyə bilərsiniz.

Source link