ddae7dfc-4012-4a50-8944-4bf483cff648.webp

UEFA Çempionlar Liqası: II turun ilk oyun gününün ən yaxşı futbolçuları bəlli olub

Baxış sayı: 230 dəfə baxılıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk oyun günündə
keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.

Cixisyolu.com xəbər verir ki, “Zalsburq” – “Brest” görüşünün ən yaxşısı Abdallah
Sima, “Ştutqart” – “Sparta Praqa” matçının ən yaxşısı isə Enzo Miyo olub.

“Arsenal”ın PSJ-ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada fərqlənən
futbolçu Kay Haverts olub. “Bayer Leverkuzen” – “Milan” matçının ən yaxşı
futbolçusu isə Florian Vitz seçilib.

Səkkiz qolun vurulduğu “Borussiya Dortmund” – “Seltik” görüşündə fərqlənən
futbolçu isə Karim Adayemi olub. “Barselona”nın “Yanq Boyz”u 5:0 hesabı ilə
darmadağın etdiyi matçda isə Rafinya fərqlənən oyunçu olub.

“İnter” – “Srvena Zvezda” görüşündə Mehdi Taremi, PSV – “Sportinq” oyununda
isə Yerdi Sxauten qarşılaşmanın ən yaxşısı seçilib.

Gözlənildiyi kimi “Mançester Siti”nin qələbəsi ilə başa çatan matçın ən yaxşı
futbolçusu isə Fil Foden olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının

Liqa mərhələsinin II turuna bu gün keçiriləcək doqquz görüşlə yekun vurulacaq.

Source link