UEFA Çempionlar Liqasının qalibini elan etdi

UEFA Çempionlar Liqasının qalibini elan etdi

Baxış sayı: 2. 833 dəfə baxılıb.

Mayın 26-da Madridin “Real” klubu ilə üz-üzə gəlməli olan “Liverpul”  UEFA-nın saytında Çempionlar Liqasının qalibi kimi təqdim olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Səhvi moderatorlar bir müddətdən sonra aradan qaldırsa da, “@BlueCarefree” adlı istifadəçi  həmin məlumatın skrinşotunu “Twitter”də paylaşıb.

“UEFA artıq “Liverpulu” qalib elan etdi”, – deyə istifadəçi qeyd edib.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”  İtaliyalı rəqibi “Roma”dan üstün olub. Komanda iki oyunun nəticəsində görə, 7:6 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.

Final matçı mayın 26-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcək.

.
www.ÇıxışYolu.Com