UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun son oyun günündə
keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Cixisyolu.com xəbər verir ki, “Şaxtyor” – “Atalanta” görüşünün ən yaxşısı Ademola
Lukman, “Jirona” – “Feyenoord” matçının ən yaxşı futbolçusu isə Kuinten Timber
seçilib.
“Bavariya”nın gözlənilmədən “Aston Villa”ya 0:1 hesabı ilə məğlub olduğu
qarşılaşmanın ən fəal oyunçusu Con Duran olub. Heç-heçə ilə başa çatan “Dinamo
Zaqreb” – “Monako” görüşündə ən yaxşı Martin Baturina seçilib. “Liverpul” –
“Boloniya” matçının ən fəal oyunçusu isə Məhəmməd Salah seçilib.
“Real Madrid”in “Lill”ə məğlub olduğu qarşılaşmada ən yaxşı futbolçu kimi Edon
Jeqrova fərqlənib.
Beş qolun vurulduğu “Leypziq” – “Yuventus” matçında ən yaxşı oyunçu Duşan
Vlahoviç, “Şturm Qraz” – “Klub Brügge” oyununda isə Kristos Tzolis ən yaxşı
futbolçu adına yiyələnib.
“Benfika”nın “Atletiko Madrid”i 4:0 hesabı ilə darmadağın etdiyi matçın adamı
isə türkiyəli futbolçu Orkun Kökçü seçilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına
oktyabr ayının 22-də start veriləcək.