6ed9e1dd-6ae4-496c-8a89-3155506a456a.jpg

UEFA ÇL: Liqa mərhələsində IV turun ilk oyun günündən sonra turnir cədvəlində vəziyyət

Baxış sayı: 243 dəfə baxılıb.

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun ilk oyun
günündən sonra turnir cədvəlində dəyişiklik olub.

Cixisyolu.com xəbər verir ki, hər dörd görüşdə qələbə qazanan “Liverpul” 12 xalla
turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Hərəyə 10 xalı olan “Sportinq” və “Monako” sonrakı iki yeri bölüşürlər.

Aktivində doqquz xalı olan “Borussiya Dortmund” və “Aston Villa” 4-5-ci
pillələrdə yer alıblar.

Aktivində hərəyə yeddi xalı olan “Mançester Siti”, “Brest”, “İnter”,
“Arsenal”, “Yuventus”, “Bayer Leverkuzen”, “Lill”, “Seltik” və “Dinamo Zaqreb”
6-14-cü sıralarda qərarlaşıblar.

15-19-cu yerləri bölüşən “Barselona”, “Benfika”, “Real Madrid”, “Milan”,
“Feyenoord”, “Atalanta” və PSV-nin isə aktivində beş xalı var.

Hərəyə üç xalı olan “Bavariya”, “Jirona”, “Klub Brügge” və “Atletiko Madrid”
25-28-ci yerləri bölüşürlər.

Cəmi bir xalı olan “Şaxtyor” və “Bolonya” sonrakı iki yeri tuturlar.

Xalsız olan “Leypziq”, “Şturm Qraz”, “Zalsburq”, “Yanq Boyz”, “Srvena Zvezda”
və “Slovan Bratislava” isə son 6 yerdə qərarlaşıblar.

Source link