c97ec255-58dd-4999-91e4-85873f14cf8d..jpg

UEFA-da inqilabi dəyişiklik hazırlığı: Superliqa yaradıla bilər

Baxış sayı: 542 dəfə baxılıb.

UEFA-da inqilabi dəyişiklik hazırlığı: Superliqa yaradıla bilər

UEFA avrokubokların formatını dəyişə bilər.

Avropa futbol qurumu və Avropa Klublar Assosiasiyası üç divizionun –
Superliqa, Avropa Liqası və Namizədlər Liqası formatının tətbiqini nəzərdən
keçirir.

UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün
toplaşacağı gözlənilir. Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə
minəcək.

Xatırladaq ki, növbəti mövsümdən Çempionlar Liqasında yeni format olacaq.
Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Hər komanda səkkiz fərqli
rəqibə qarşı dördü evdə, dördü səfərdə olmaqla oynayacaq. Matçların nəticəsinə
əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. İlk 8-lik birbaşa 1/8 finala
vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar isə pley-offda qüvvələrini
sınayacaqlar.

Qeyd edək ki, daha əvvəl Avropanın böyük klubları Superliqa yaratmaq istəsələr
də, UEFA buna imkan verməyib.

Mənbə: marca.com

Source link