UEFA-dan AFFA-ya 11 min avroluq cərimə – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA Azərbaycanın əsas millisinə görə də AFFA-nı cərimələyib.
“Report”un məlumatına görə, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi
AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub.
Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya
6000 avro ödəməlidir.
Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli
üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin
Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıblar.
10:44
UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı
cərimələyib.
“Report”un əldə etdiyi məlumata görə, buna yığmanın Bakıda Şimali İrlandiyanın
müvafiq yaş qrupundan ibarət komandasına qarşı AVRO-2025-in seçmə mərhələ
matçının gec başlaması səbəb olub.
Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir
Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb.
Qeyd edək ki, oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0
hesablı qələbəsi ilə başa çatıb.