Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone dörd oyunluq diskvalifikasiya olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc olunub.
Beləcə, Simeone Avropa Liqasının mayın 16-da Fransanın Lion şəhərində keçiriləcək final matçında komandasını meydana çıxara bilməyəcək. “Döşəkçilər” Herman Burqosun başçılığı altında oynayacaq.
Xatırladaq ki, Argentinalı baş məşqçi Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında (“Arsenala” qarşı) hakimi təhqir etdiyinə görə texniki zonadan qovulmuşdu.