UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro cərimələyib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yer alan məlumatda bildirilir.
Qeyd olunur ki, buna UEFA Millətlər Liqasının III turunda Ermənistan – Cəbəllütariq oyununda yerli azarkeşlərin qeyri-etik davranışı səbəb olub.
Həmin oyun meydan sahiblərinin məğlubiyyəti ilə nəticələnib. Oyunun müqəddəratını həll edən yeganə qolu 50-ci dəqiqədə penaltidən Cozef Çipolino vurub.
ÇıxışYolu.Com yeniləndi!