UEFA Avropa Liqasının dizayn və himnində rebrendinq edib.
ÇıxışYolu.Com xəbər verir ki, turnirin əsas elementləri olan qızılı-qara rəng və loqotip olduğu kimi qalıb.
Lakin zahiri görkəmdəki bəzi detallar dəyişikliyə məruz qalıb.
Xüsusən futbolçular və azarkeşlər arasında bağılılığı göstərən enerji dalğasını klubların Avropaya səyahətini göstərən düz müstəvidə sınıq xətlər əvəzləyib.
Həmçinin turnirin hər bir oyunundan əvvəl səsləndirilməsi üçün xüsusi himn yazılıb və rəsmi top hazırlanıb.
Qeyd edək ki, Avropa Liqası qitənin ikinci ən nüfuzlu klub turniridir. Gələn il yarışın finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
S.T.
www.ÇıxışYolu.Com