UEFA Gənclər Liqası: “Qəbələ” evdə uduzdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu
keçirib.
Cixisyolu.com xəbər verir ki, “qırmızı-qaralar” II təsnifat mərhələsinin ilk matçında
Qəbələ şəhər stadionunda Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşıblar.
Famil Xəlilovun yetirmələri 4-cü dəqiqədə Kristos Mouzakitisin qolu ilə ilk
yarını 0-1 geridə tamamlayıblar.
İkinci hissədə də ilk qolu qonaqlar vurublar. 64-cü dəqiqədə Çaralambos
Kostoulas fərqlənib. 87-ci dəqiqədə isə Kristos Darviras yekun nəticəni
müəyyənləşdirib. “Qəbələ U-19” 0:3 “Olimpiakos U-19”.
Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək