UEFA İntizam Komitəsi Gürcüstan Futbol Federasiyasını Millətlər Liqasının
Gürcüstan – Albaniya matçındakı intizam pozuntularına görə 56 min avro
cərimələyib.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Gürcüstan – Albaniya görüşü oktyabrın 14-də Tbilisidəki Mixail Mesxi adına
stadionda baş tutub. Matçda meydan sahibləri 0:1 hesabı ilə məğlub olublar.
Gürcüstan Futbol Federasiyası aşağıdakı bəndlər üzrə cərimələnib:
– Azarkeşlər üçün çıxışları bağlamağa görə 14 min avro;
– Tribunalarda lazerdən istifadəyə görə 12 min avro;
– Azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 30 min avro.
Bundan başqa, intizam pozuntularına görə, Gürcüstan Futbol Federasiyasının ev
sahibi olacağı UEFA-nın himayəsi altında keçiriləcək qarşıdakı oyun qismən
qapalı keçiriləcək. Azarkeşlər üçün yerlərin sayı iki min azaldılacaq. Sınaq
müddəti iki il olacaq.
Qeyd edək ki, dörd turun nəticələrinə görə, Gürcüstan altı xalla qrupda ikinci
yerdədir. Birinci yerdə Çexiya (7 xal), üçüncü yerdə Albaniya (6 xal), sonuncu
yerdə isə Ukrayna (4 xal) qərarlaşıb.