Bakıda Avropa liqasının final matçının keçirilməsi ilə əlaqəda mayın 29-da ölkəmizin paytaxtında UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, UEFA Avropa Liqasının final görüşündən əvvəl keçiriləcəl iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müyyənləşdirilməsi
2. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi
3. Futzal üzrə UEFA Avropa çempionatı 2020-22
4. 2019/20 UEFA Avropa U-17 və U-19 çempionatları
5. 2019/20 UEFA Avropa Qadınlararası U-17 və U-19 çempionatları
6. UEFA İntizam qaydaları (2019 buraxılışı)
7. UEFA Təhlükəsizlik qaydaları (2019 buraxılışı)
8. UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019 buraxılışı)
9. Turnirlərin əsasnamələri – Oyun qaydalarına adaptasiya
10. UEFA Avropa Gənclər çempionatlarının formatı
11. Reynhart Qrindelin UEFA vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması
12. UEFA Grassroots mükafatı 2019
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda keçiriləcək.
Səbuhi MUSAYEV