e65d9e08-6cbf-44ce-ae44-0aa47325b5b3..jpg

UEFA Konfrans Liqası: Sonuncu finalçının adına bu gün aydınlıq gətiriləcək

Baxış sayı: 594 dəfə baxılıb.

UEFA Konfrans Liqası: Sonuncu finalçının adına bu gün aydınlıq gətiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasında finala adlayan sonuncu komandanın adına bu gecə
keçiriləcək “Olimpiakos” – “Aston Villa” görüşündən sonra aydınlıq gətiriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk oyunda 4:2 hesablı qələbəyə sevinən Yunanıstan
təmsilçisi bu gün doğma meydan və azarkeş amilindən də yararlanaraq finala
vəsiqə əldə etmək niyyətindədir. İngiltərə təmsilçisi oyunda geridönüş etmək
əzmindədir. Meydan sahiblərindən zədəli Byankon, Fadiqa və Leydner görüşü
buraxmalı olacaqlar. Qonaqlarda isə Buendiya, Kamara, Minqz, Remsi və Rocers
bugünkü görüşdə komandasına kömək edə bilməyəcəklər. Martines, Tilemans və
Zanyolonun isə oynayıb-oynamayacağı bəlli deyil.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

UEFA Konfrans Liqası

9 may

“Olimpiakos” – “Aston Villa”

Stadion: “Georgios Karausjajus Stadium” (Pirey)

Baş hakim: Feliks Zvayer (Almaniya)

Source link